“Bəy hamamı” cərimələndi

OXUNUB: 279 HADİSƏ
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon ərazisindəki "Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq əməkdaşlarının və bir neçə müştərinin müvafiq COVID-19 pasportlarının olmadan fəaliyyət göstərməsi məlum olub.

Belə ki, obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4 000 manat miqdarında, orada işləyən şəxslər və müştərilər isə eyni maddənin tələbi ilə 200 manat miqdarında cərimə edilib.

RƏYLƏR