"Bizim güclü olmaqdan başqa yolumuz yoxdu" - DEPUTAT

OXUNUB: 298 Özəl GÜNDƏM SİYASƏT
"'Bu gün Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkələrdən biridir' Bu fikirləri cənab prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı qeyd edib. Ona görə də bizim üçün bu gün prioritet məsələ budur ki, biz bu nailiyyətləri bütün sahələrdə qazanaq. Çünki bizim Cənab prezident kimi liderimiz və Ali baş komandanımız var”. 

Bu fikirləri açıqlamasında deputat Vüqar İskəndərov 7NEWS.az-a açıqlamasında qeyd edib. "Biz bu gün 1918-ci ildə əldə etdiyimiz Müstəqillik günümüzü qeyd edirik. Amma o dövrdə Azərbaycanın gücü zəif olduğundan çox təəssüf ki, bu azadlığımız cəmi 23 ay çəkdi. Bu gün isə biz tam fərqli bir Azərbaycanın vətəndaşıyıq. Güclü, müstəqil, dünyada öz sözünü demək iqtidarında olan bir dövlətdə yaşayırıq. Bu baxımdan bir daha "müstəqilliyi qazanmaq çətindirsə, onu saxlamaq ondan da çətindir” ifadəsi özünün təsdiqini tapmış olur. 90-cı illərin əvvəllərində də biz yenə müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ancaq Ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə gəlişindən sonra bu təhlükə sovuşdu. Bu gün isə Azərbaycanın mövqeyi güclü dövlət statusundadır. Bizim güclü olmaqdan başqa yolumuz yoxdur. Çünki dünyada son baş verən hadisələr də onu göstərdi ki, beynəlxalq hüquq, beynəlxaq münasibətlərdə ədalət deyə bir şey qalmayıb. Ədaləti ancaq güclə bərqərar etmək lazımdır. Necə ki biz 44 gündə bunu etdik. Cənab prezidentin qeyd etdiyi "Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq”. ifadəsi bizim üçün prioritet olmalıdır”.

İcmal.Az

RƏYLƏR