Borclu tələbələrin siyahısını yayan universitet əməkdaşları cəzalandırıldı

OXUNUB: 322 Özəl GÜNDƏM HADİSƏ
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını yayan şəxslər cəzalandırılıb. 
Bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirilib. 

"Universitetdə tələbələrin adlarının siyahısı asılmamışdı. Tütorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə "Whatsapp” qrupuna göndərilib. Universitet rəhbərliyi bunun da əleyhinədir və elə məsələ açılan kimi operativ şəkildə araşdırıldı, sənədin yayılmasına səbəbkar olan tütor və dekan cəzalandırıldı”, - deyə məlumatda qeyd edilib. 

Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının divarda vurulması barədə məlumat yayılmışdı. 

RƏYLƏR