Cəbhədə atışma: erməni əsgəri öldürüldü

OXUNUB: 1089 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ERMƏNİSTAN AZƏRBAYCAN HADİSƏ
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində atışma nəticəsində erməni əsgəri məhv edilib.
ShushaPost.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Qeyd olunur ki, dünən saat 17:05 radələrində düşmənin Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda 1999-cu il təvəllüdlü hərbi qulluqçu Artyom Vazgen Xaçatryanın meyiti aşkar edilib.

Onun qarşı tərəfdən aldığı güllə yarasından öldüyü bildirilir.

Qeyd edək ki, son bir neçə həftə ərzində cəbhə xəttində ciddi gərginlik müşahidə olunur. Ermənistan ordusu müntəzəm təxribatlara əl atır. Nəticədə Azərbaycan Ordusunun mayoru Aqil Ömərov və hərbçisi Elşən Xəlilov həlak olublar.

RƏYLƏR