“Davam” Gənclər Hərəkatı tərəfindən təsis edilən “New Media Hub” platforması çərçivəsində təlimlər davam edir

OXUNUB: 211 QHT SOSİAL
Üçüncü modul üzrə baş tutan təlimlərdə təlimçi qismində iştirak edən tanınmış teleaparıcı Nərgiz Cəlilova tərəfindən "Jurnalistin nitq mədəniyyəti”, "Trend" informasiya agentliyinin baş redaktorunun müavini Sahil Kərimli tərəfindən "Müasir mediada yeni çağırış və trendlər”, əməkdar jurnalist, professor Qulu Məhərrəmli tərəfindən "Müasir Azərbaycan mediasındakı problemlər”, "Qaynarinfo.az” Milli Xəbər Portalının baş redaktoru Zahir Əzəmət tərəfindən "Media menecmenti”, "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev tərəfindən "Ənənəvi və müasir medianın müqayisəli təhlili” mövzularında interaktiv təlimlər keçirilib.

Ekspertlər gənclərlə təcrübələrini bölüşüb, onlara jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər veriblər. Təlimlər zamanı diskussiya formatında davam edən səmimi söhbət əsnasında iştirakçıların mövzularla əlaqədar çoxsaylı sualları cavablandırılıb və fikirləri dinlənilib.

Qeyd edək ki, "New Media Hub” platforması "Davam” Gənclər Hərəkatının təşəbbüsü, "Trend” müstəqil informasiya agentliyi, "Yeni Müsavat” və "Teleqraf” media qruplarının tərəfdaşlığı ilə qurulub və gənc jurnalistlərin yetişdirilməsinə töhfə verməyi hədəfləyir. Platforma üç media qurumunun partnyorluğu ilə təsis olunmasına baxmayaraq, ilk gündən layihədə təmsil olunan tərəflər ölkənin digər media resurslarına bu prosesə qoşularaq gənclərin maarifləndirilməsinə və onların inkişafına töhfə verilməsinə çağırış edib.
 
 

 

RƏYLƏR