"Davam” #QurbanPayı aksiyası həyata keçirib.
"Davam” Gənclər Hərəkatı Qurban bayramı münasibətilə Bakı və Sumqayıt şəhərlərində 100-dən çox şəhid, qazi və aztəminatlı ailəni ziyarət edib. İsti yay günləri olmasına baxmayaraq, davamçı gənclər komandası yorulmadan və həvəslə bu prosesdə öz dəstəklərini göstəriblər.