Deputat Elnur Allahverdiyevin “Kontakt Home”u ifşa edildi: SINIQ MAL, GEC ÇATDIRILMA, SIFIR XİDMƏT

OXUNUB: 588 GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış journalist Cavanşir Hüseyn paylaşım edib:
 
""Hörmətli" Kontakt Home başa düşürəm böyük şəbəkəsiniz, bu gün milyonlarla xərclənən reklam pullarına görə yetərincə 1 imic formalaşdıra bilmisiniz. Lakin xidmətiniz heç 1 qəpiklikdə deyil. Başlıyaq əvvəldən, 24 noyabr tarixində ukrayna dairəsində yerləşən mağazanızdan 2500 azn civarında məişət texnikası aldım(çox peşmanam). Satıcı bildirdiki 3-4 gün ərzində çatdırılma olur, deyilən bu müddətin fonunda mən kassada xahiş etdim ki, bəlkə biraz tez çatdırasınız, çalışıb nəzərə alarıq deyib, sifarişi qəbul etdilər və pulu aldılar...
Nəyisə 4 gün gözlədim, nə mal gəldi nədə 1 zəng ki, ay müştəri bəs xahiş etmişdiniz tez çatdıraq, amma biz o qədər məsuliyyətsiz və həyasız şəbəkəyik ki, nə tez hələ 4 gündən də gec çatdıracağıq. Beləliklə mən 28 i tarixi əlaqə saxladım və telefonda əməkdaşınız bildirdi ki tez zamanda mallarınız sizdə olacaq, müraciətiniz qeydə alındı, vəssalam. Səbrimi basıb sabah gələr dedim. 
29u tarixində sizin qısa nömrəylə 2 dəfə əlaqə saxlayıb ürək sözlərimi deyəndən sonra, nəhayət axşam 1 əməkdaş mənimlə əlaqə saxladı bəs gözünüz aydın pulunu verib aldığınız halal mallarınız sabah sizə çatdırılacaq. Xanıma əsəbimi saxlayaraq dedim ki, zəhmət olmasa günün birinci yarısına çatdırın ki, məndə usta çağırmalıyam onları quraşdırmağa, okey deyerək sağollaşdıq. 
30 yəni bugün səhər 1 zəng gəldi, bəs sürücüdür mallarınız məndədir, ünvanı dəqiqləşdirdi, bugün çatdıracağıq deyəndə dedim günün birinci yarısı, dedi yox ikinci. Nəysə buna da 1 səbr edib gözlədim. 
Amma siz həyasızlığınızın son həddini nümayiş elətdirdiniz. Axşam saat 5də mallar gəldi, əməkdaşlarınız malları evdə açıb bizə təhvil verəndə, göndərdiyiniz mikrodalğalı sobanın sınıq olmasını bizim evdə aşkar etdilər. Bu artıq mənim səbrimin və sizin həyasızlığınızın pik həddidir. Bu malı anbardan təhvil verəndə görmürsünüz ki, mal sınıqdır? 
Belə başa düşürəm ki, sınıq olan malın dəyişdirilməsinə də 1 həftə vaxt gedəcək. 
Bütün bunların fonunda bu postu oxuyan hamıya demək istəyirəm ki, nə badə bu fırıldaq şirkətdən alış veriş edəsiniz. Xidmətlərinin göstəriciləri kimi, mallarıda zaydır!”

RƏYLƏR