Deputat Ramil Həsən Boyat kəndində seçicilərlə görüşdü

OXUNUB: 225 SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 27 yanvar 2022-ci il tarixində saat 13:00-dan 15:00-a qədər
Ucar rayon Boyat kənd İnzibati Ərazi Nümayəndəliyinin binasında Boyat, Bağban, Qazyan, Yuxarı Şilyan kəndlərindən olan seçiciləri ilə görüşüb. 

Vətəndaşlar tərəfindən kənd yollarının asfaltlanması, kəndlərdə gənc ailələrin evlərinin elektrik enerjisi ilə təmin olması, kənd ərazilərində meliorativ tədbirlərin aparılmaması, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub. 

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib. 

Onuda qeyd edək ki, millət vəkili Ramil Həsən qəbuldan əlavə olaraq kənd ərazisində səyyar görüşlərdə keçirmiş, Müharibə veteranlarının, əlillərin və gənclərin qaldırmış olduğu məsələlərlə bağlı narahatlıqları dinləmiş və  bəzi məsələlərin həlli üçün yerindəcə tapşırıqlar verilmişdir.
 
7News.Az
 

 No description available.
No description available.

RƏYLƏR