Deputat Ramil Həsən Novruz bayramı ərəfəsində Ucar rayon ictimaiyyət nümayəndələri ilə görüşüb

OXUNUB: 251
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 18 mart 2022-ci il tarixdə Novruz bayramı ərəfəsində Ucar rayon ictimaiyyət nümayəndələrinin bir qrupu ilə görüşüb. Görüşdən öncə millət vəkili Ramil Həsən Ucar rayon İcra Başçısı Mənsur Məmmədovla bir araya gəlib, rayonda görülən işlər və problemlərlə bağlı fikir mübadiləsi aparıb, daha sonra Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, daha sonra Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağımızın azad olunmasında misilsiz xidmətləri olan Şəhidlərimiz üçün dualar oxunub. 

Millət vəkili ictimaiyyət nümayəndələri ilə bayram süfrəsində fikir söyləməmişdən öncə Ümummilli lider Heydər Əliyevin, o cümlədən vətənimiz azadlığı uğurunda şəhid olmuş bacı və qardaşlarımızın ruhunu 1 dəqiqəlik sükutla yad etdi.

Deputat Ramil Həsən çıxışında - hamı ilə görüşmək imkanım olmasa da, bayram astanasında bir qism insanlarla bir araya gəlməyi planladıq. Hər biriniz bizim Ucarda müxtəlif sahələrdə fəaliyyət göstərirsiniz ona görə də xahiş edirəm mənim salamlarımı və bayram təbriklərimi ətrafınızdakı bacı və qardaşlarımıza, analarımıza, atalarımıza, eyni zamanda balalarımıza çatdırın. Hər birisi mənim üçün əziz və dəyərlidir, ona görə də mən elə burda sizlərin timsalında bütün Ucar camaatını ürəkdən təbrik etmək istəyirəm və arzu edirəm ki, həyatınız hər zaman xətasız, bəlasız olasız və bir daha bizə Vətən müharibəsi yaşatmayacaq bir ömür qismət olsun. Arzu edirəm ölkəmiz işğal və hər hansı bir çətinliklərlə, əngəllərlə, maneələrlə bir daha qarşılaşmasın, bizlərə ALLAH təala sağlam ömür nəsib etsin. Bayramımız qədim bir bayramdır, Novruz bayramı Türk dünyasının və ümümiyyətlə tarixi qədimliyin simvoludur və şübhəsiz ki, bu bayramı bu günə qədər gətirib çatdırmaqda bizim əcdadlarımız xüsusi rol oynayıblar ona görə də onları yad etmək lazımdır, uzun illər əgər bizim millət Novruz bayramını qoruyub saxlaya bilibsə, yumurta döyüşdürməkdən tutmuş papaq atmağa qədər, qullaq falına çıxması, küsülülərin barışması bunların hər birisi məndən yaşlılar daha gözəl bilirlər ki, Azərbaycanın və ümümiyyətlə bizim bu regionun çox möhtəşəm əlamətləridir və əlbəttə ki, bizim də borcumuz odur ki indiki nəsilimizə bu bayramımızın adət-ənənəsini, gözəlliklərini deyə bilək ki, gələcək nəsillərə doğru-düzgün çatdırılmış olsun. Biz bu adət və ənənələri yaşatmalıyıq çünki, xalq o vaxt qüdrətli və güclü olur ki, tarixi keçmişinə və adət-ənənəsinə sahib çıxır, onu unutmur. Ölkə başçısı cənab Prezidentində hər zaman dediyi kimi "gələcəyə doğru inkişaf etməklə bərabər tariximizə sahib çıxmalıyıq". Tarixində bir parçası bizim mədəniyyətimiz və adət ənənələrimizdir ki, biz bunu sizlərlə bərabər yaşadırıq. İnsanın doğulduğu gün, dünyaya gəldiyi gün kimi baharıda simvolizə edən bizim bahar bayramımızdır. Bir daha bayramınız mübarək olsun, Allah can sağlığı versin, uğurlar arzu edirəm, inşAllah tez-tez görüşmək ümüdi ilə çox sağ olun deyərək  fikirini tamamlamışdır.

Sonda bayram süfrəsini təşkil etdiyinə görə Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayevaya dərin təşəkkürünü bildirdi, görüş iştirakçıları ilə birlikdə bayram tortu kəsdi.

Onu da qeyd edək ki, millət vəkilinin təşəbbüsü ilə Novruz bayramı münasibətilə Şəhid və qazi ailələri, o cümlədən həssas təbəqədən olan ailələr ziyarət edilərək bayram sovqatları çatdırılacaqdır.
 Нет описания.
Нет описания.
Нет описания.

RƏYLƏR