Deputat Ramil Həsən Pirkənd kəndində seçicilərlə görüşdü

OXUNUB: 772 SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 23 sentyabr 2021-ci il tarixində saat 14:00-dan 16:00-a qədər Pirkənd kənd Tam orta məktəbin həyətində, açıq havada Pirkənd, Qaracallı, Küçəkənd və Yuxarı Şilyan kənd seçiciləri ilə görüşüb.

Görüşə başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
Vətəndaşlar tərəfindən yol infrastrukturu, suvarma sisteminin təkmilləşdirilməsi, qaz xətlərinin çəkilməsi və sayğacların qoyulması, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub. 

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib. 

Görüş zamanı 44 günlük Vətən Savaşında yaralanmış qazilərin problemləri dinlənilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirmiş olduğu çoxtərəfli tədbirlər çərçivəsində şəhid və qazi ailələrində olan bütün problemlərin aradan qaldırılması üçün tədbirlər davam etməkdədir və bu istiqamətdə də millət vəkili əlindən gələn əlavə dəstəyi verəcəyini bildirmişdir.
 Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
 

RƏYLƏR