Deputatdan SƏRT TƏNQİD: “Əhalinin az qala zorakılıqla təqaüdü kəsilir, rayonlarda işsizlikdir”

OXUNUB: 371 Özəl GÜNDƏM SOSİAL
"Əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir onlar işsiz qalır, rayonlarda işsizlikdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. 

Deputat bildirib ki, bu qanunlarla heç nəyi dəyişə bilməyəcəyik: "Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Onsuz da dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada heç nə yoxdur”.

Deputatın çıxışına cavab olaraq spiker Sahibə Qafarova bildirib ki, heç bir qanun burda gurultulu qəbul olunmur: "Siz elə dediz ki, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər işlər görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur? Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”.

Sabir Rüstəmxanlı sədrin çıxışına etiraz edib. 

Sədr isə cavabında bildirib ki, heç kimin fikri təhrif olunmur: "Mən indiyə qədər heç kimin fikrini təhrif etməmişəm. Buna nə mənim özüm, nə tərbiyəm yol verər"./unikal

RƏYLƏR