Əfqanıstanda ard-arda partlayış: 7 ölü, 6 yaralı

OXUNUB: 513 DÜNYA
Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki partlayış baş verib.

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin Mətbuat katibinin müavini Əhməd Ziya məlumat yayıb.

Partlayış mülki şəxsləri daşıyan iki mikroavtobusda törədilib. Nəticədə 7 nəfər ölüb, 6-sı isə yaralanıb.

Qeyd edək ki, məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

RƏYLƏR