Elçin Babayevin BDU-dakı idarəçiliyi “ÇAT VERİR?”- PROBLEM

OXUNUB: 211 SOSİAL HADİSƏ
2019-cu ilin mart ayından Bakı Dövlət Universitetində rektor vəzifəsini daşıyan və fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent olan Elçin Səfərəli oğlu Babayevin idarəçiliyi, müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə artıq "çat vermək” üzrədir.

Çünki, bu şəxsin rektor təyinatından əvvəlki illər ərzində, BDU özünün təmiz adı ilə fərqlənən ali təhsil müəssisəsi olaraq fərqlənirdi.

Bəs bu gün nələr baş verir ki, Elçin Babayevin rəhbərlik etdiyi bu ali təhsil ocağı, hansı ki, tərkibində 4 institut, 16 fakültə, 1 filial, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, 1 elmi-tədqiqat hissəsi, 24 elmi tədqiqat laboratoriyaları, elmi kitabxanası, 12 qiraət zalı, 5 abonent şöbəsi, çap avadanlıqları olan nəşriyyatı, 6 muzeyi, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman — sağlamlıq kompleksi, poliklinikası, yataqxana və tələbə şəhərciyi və s. olan BDU, bu gün böyük kəsimin qınaq obyektinə çevrilib?

Adicə bir məqama diqqət yetirək ki, bu ali təhsil müəssisəsinin kitabxanasında baş verən hər cür hərcmərcliklər, məhz bu gün Elçin Babayevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir.

Unutmaq olmaz ki, BDU-nun Elmi Kitabxanası respublikamızın ali təhsil ocaqlarına məxsus kitabxanalar içində ən zəngin kitabxana hesab olunur.

Çünki, bu kitabxana 1919-cu ildə təşkil olunmuş və Universitetin kitabxansını yaratmaq üçün, hətta xüsusi komissiya da təşkil edilmişdir.

İndi isə keçək əsas mətləbə. Məmmədova Zirvə Firəddin qızı BDU-nun Elmi Kitabxanasında işləyir və o, bu kitabxanaya aid kitabları daim evinə daşıyır. Zirvə Məmmədova belə bir addımı ilə, sanki kitabxanadan dədə malı kimi istifadə edir.

Bu xanımın orda-burda danışdığına görə, adicə Sani adlı şəxs Universitetə 20 min manat dəyərində xalça alsa da, rəsmi sənədlərdə bu rəqəm olduqca şişirdilir və 50 min manat göstərilir.

Bundan əlavə, guya ki, bu ali təhsil ocağında tədbirlər keçiriləcək, amma heç bir tədbir keçirilmir və belə bir ad altında ara-sıra 100 min manatlarla "pullar silinir”.

Yəqin ki, rəhbərlikdə çalışan Fikrət adlı şəxsin Qubada inşa etdirdiyi pansionat, məhz belə bir yolla silinən pulların sayəsində ərsəyə gətirilir.

Söylənilənlərə görə, elə ki, bir müddət bundan öncə Sani adlı şəxs daşıdığı vəzifəsindən uzaqlaşdırılır, o halda Fikrəti fikir götürür və az sonra onun halı pisləşir.

Çünki,... Zirvə Məmmədovanın orda-burda danışdığına görə, bu gün Elçin Babayevin əsas gəlir gətirən mənbələrindən biri də, 14-16 bal toplayan tələbələrin kursdan-kurasa keçirilmələri olur.

Bu da o deməkdir ki, əsası ADR-in varlığı dönəmində qoyulan BDU da davam edən acınacaqlı vəziyyətin varlığı, cənab Rektoru heç də maraqlandırmır.

Mövzuya qayıdacağıq.

Qeyd: Yazı bir neçə saatdan sonra istinad olunan saytdan çıxarılsa da, nə BDU tərəfdən münasibət bildirilməyib, nə də faktlarla bağlı heç bir təkzib verilməyib. Məqalədəki faktlarla bağlı qarşı tərəfində münasibətin ictimailəşdirməyə hazırıq./Xeberfakt.az

RƏYLƏR