Erkən nikahlar mövzusunda monitorinqçi hazırlığı təlimi təşkil olundu

OXUNUB: 514 QHT
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin icra etdiyi "Erkən nikahlar” mövzsunda tədbirlərin təşkili adlı monitorinq, maarifləndirmə və PR fəaliyyətli layihənin növbəti fəaliyyəti həyata keçirmişdir.

AR Nazirlər Kabinetinin 2020-ci il 213 №-li Qərarı ilə təsdiq olunan "Gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın vəziyyətinin, mərkəzi və yerli icra orqanlarının bu sahədə görmüş olduqları işlərin və fəaliyyətlərin monitorinq və araşdırmasının aparılması, paytaxtda və 8 bölgədə sorğuların keçirilməsi üçün gənclərin hazırlığı həyata keçirilmiş, seçilmiş 40 nəfər gənc üçün 3 günlük onlayn təlim kursu təşkil olunmuşdur.

Paytaxtı və müxtəlif bölgələri təmsil edən təlim iştirakçılar üçün sosial layihələrin monitorinq və qiymətləndirilmə aparılması qaydaları, prinsipləri, monitorinqçi bacarıqları, respondentlərə yanaşma və cavab alma metodologiyası haqqında bilgilər verilmiş, praktik tapşırıqlar göstərilmişdir.

Sorğu və qiymətləndirmədə iştirakda maraqlı olan təlimçi gənclərə yekunda hesabat-rəy hazırlamaq qaydaları aşılanmış, gələcək fəaliyyətlərində bu təcrübə və biliklərindən istifadə yolları çatdırılmışdır.

İnteraktiv, sual-cavab və fikir mübadiləsi şəraitində keçən təlimdə iştirakçılar metodiki materiallarla təmin olunmuşlar.

Paytaxtda və 8 regionda keçiriləcək monitorinqin nəticələri təhlil olunub hesabat hazırlandıqdan sonra növbəti addım olaraq 4 bölgədə erkən və qohum nikahlar sahəsində ral vəziyyətə və perspektivlərə dair aidiyyətli hökumət strukturu təmsilçiləri, ekspert, KİV, QHT və ictimai fəalların iştirakı ilə Dəyirmi Masaların təşkil olunması və bu sahədə davamlı informasiya-təcrübə mübadiləsi və tərəfdaşlıq üçün Əməkdaşlıq Şəbəkəsinin qurulması da nəzərdə tutulur.

Layihə yekunuda gənclərin və onların valideynlərinin erkən və qohum nikahlardan çəkindirilməsinə xidmət üçün KİV və sosial mediada ictimai maarifləndirmə kampaniyalarının təşkili ilə yanaşı bu sahədə yeni təşəbbüs və təkliflərin genişləndirilməsi və Consept Note hazırlanması da gözlənilir.

    ADTGT İctimai əlaqələr və informasiya departamenti        
 

RƏYLƏR