Erməni əsgər ölüm ayağındadır - Anası müdafiə nazirini ittiham etdi

OXUNUB: 928 DÜNYA
Ermənistan ordusunda xidmət edən 20 yaşlı əsgər David Tadevosyan artıq iki həftədir ki, huşsuz vəziyyətdə Ermənistanın Mərkəzi Klinik hərbi hospitalına köçürülüb. Ararat vilayətinin Yeğeqnavan kəndindən olar erməni hərbi qulluqçu işğal edilmiş Qarabağın Hadrut qəsəbəsində yerləşən hərbi hissələrdən birində təxminən iki aya yaxın xidmət etdikdən sonra sağlamlıq vəziyyəti kəskin pisləşib və getdikcə kritik hal alıb.

Həkimlərin onun xəstəliyinə çatə tapa bilmədiyi deyilir.

İcmal.Az azvision.az-a istinadən xəbər verir ki, Davidin anası Hasmik Tadevosyan "News.am"-a verdiyi müsahibəsində oğlunun xidmət zamanı sağlamlığından şikayət etmədyini bildirib. "Sonuncu dəfə oğlumu aprel ayının 16-ı evə gələndə gördüm. O, hərbi hissəyə sağlam şəkildə qayıtdı", - deyə əsgər anası bildirib. 

Sosial vəziyyəti ağır olan əsgərin anası Ermənistanın Müdafiə Nazirliyinin şikayətlənib: "Mən bildirdim ki, xəstəxana xərclərini ödəmək imkanım yoxdur. Onlar bunu nəzərə almadılar, budur onların əsgər və əsgərin ailəsinə münasibəti. Müdafiyə Nazirliyindən kimsə mənə zəng etmədi. Bizim vəziyyətimizlə maraqlanmadı. Kimsə mənə cavab verməlidi, ya yox? Onlar şəhid anasına laqeyd yanaşırlar",- deyə erməni əsgərin anası etiraz edib. 

Məlumatlara görə, aprelin 27-də sağlamlıq vəziyyəti kəskin pisləşən əsgər Xankəndinə köçürülüb, orada üç gün şok vəziyyətində qaldıqdan sonra, ilkin olaraq İrəvanın "Erebuni" tibb mərkəzinə, mayın 4-də isə Mərkəzi Klinik hərbi hospitalına yerləşdirilib. 

Xatırladaq ki, Ermənistan ordusunda artıq xidmətə başlayan əsgərlərin sağlamlıq vəziyyətlərinin yoxlanmadan qəbul edilməsi, intihar və bir-birini güllələmə hallarının artması adiləşib. Nəticədə, istər xəstə düşən, istərsə də intihar edib deyilən əsgərlərin valideynləri buna inanmır, demək olar ki ay ərzində hökümət binası qarşısında toplaşaraq məmurların istefa verməsini tələb edirlər.
 
İcmal.Az

RƏYLƏR