“Erməni lobbisinin maşası – Zatulinkimilər” – Deputat Nurlan Həsənov

OXUNUB: 518 Özəl SİYASƏT
7NEWS.az xəbər verir ki, bu sözləri millət vəkili Nurlan Həsənov deyib: "Azərbaycanla Ermənistan arasında münasibətlərin həssas olduğu bir dövrdə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin, 44 günlük Vətən Müharibəsindən sonra dəfn edilən qondarma "Dağlıq Qarabağ Respublikasının” respublika gününü təbrik etməsi həqiqətən gülüncdür, Zatulinin özü qədər gülüncdür və bu Azərbaycanın ərazi bütövlüyünə qarşı edilmiş növbəti hörmətsizlikdir.
Bu adamın məqsədi onsuzda hər zaman milli-etnik zəmində qarşıdurmanı qızışdırmaq olub. Zatulinin əvvəl də buna oxşar açıqlamalar verməsi Azərbaycan ictimaiyyətinə məlumdur və bu Zatulin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən "arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Erməni lobbisinin maşalarından biri olan Zatulin bu kimi bəyanatlarla məhz yenidən qıcıq yaratmağa çalışır, bəlkə də qıcıq yaratmağa nail ola bilir, amma o da öz qəlbinin dərinliklərində qondarma rejimin dəfn edildiyini gözəl anlayır, ölünün arxasınca ağlayır bəlkə də...
Lakin, hər bir halda onun bu cəhdləri həm təmsil etdiyi siyasi təşkilatın liderinin, həm ölkə prezidentinin, həm də Rusiyanın da imzası olan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla ziddiyyət təşkil edir. Odur ki, gözləyirik ki bu "itə” sahibi bir qulaqburması versin. Ola bilər ki, zatulinkimilər nəslindən olanlar bəzən əsl sahibinin kim olduğunu unudub yolunu azsın. Amma zatulin əmin ola bilər ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik cavabsız qalmır. Sadəcə her şeyin öz yeri və zamanı var!"

RƏYLƏR