Ermənistanda vəkillər həmkarlarını döyüblər

OXUNUB: 5690 BANK CƏNUBİ QAFQAZ Səhiyyə DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Bakı. 27 aprel. / Ermənistan Vəkillər Məktəbinin direktoru Simon Babayn, Vəkillər Palatası sədrinin xarici əlaqələr üzrə müşaviri Vrej Xaçikyan, Vəkillər Palatası sədrinin müşaviri Gevorq Mkrtçyan və Arsen adlı daha bir nəfər Tiqran Atanesyan və Armen Soqomonyan adlı iki vəkilə hücum edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hücuma məruz qaldığı iddial edilən vəkil Tiqran Atanesyan “Facebook” səhifəsində yazıb.

“Tiqran Atanesyan və Armen Soqomonyanın ofisi qanla dolub”, - vəkil Yervand Varosyan bildirib.

Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər.  

RƏYLƏR