Etik davranış qaydalarını ən çox pozan icra hakimiyyətləri - SİYAHI

OXUNUB: 1921 GÜNDƏM MARAQLI SOSİAL

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı 201 dövlət qulluqçularına intizam tənbeh tədbiri tətbiq edilib. 

Bu barədə dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2020-ci il üzrə hesabatda bildirilib.

Aparılmış təhlillər zamanı müəyyən olunub ki, ən çox intizam tənbeh tədbiri tətbiq edilmiş icra hakimiyyəti orqanları arasında Masallı Rayon İcra Hakimiyyəti (19), Lerik Rayon İcra Hakimiyyəti 16), Qobustan Rayon İcra Hakimiyyəti (12), Samux Rayon İcra Hakimiyyəti (11) və Ağcabədi Rayon İcra Hakimiyyəti (11) olub. 

Tərtər Rayon İcra Hakimiyyəti üzrə 10, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 9, Xaçmaz Rayon İcra Hakimiyyəti üzrə 8, Zaqatala Rayon İcra Hakimiyyəti üzrə 8, Qazax Rayon İcra Hakimiyyəti üzrə 8, Bərdə Rayon İcra Hakimiyyəti üzrə 6, İsmayıllı Rayon İcra Hakimiyyəti üzrə 6, Şamaxı Rayon İcra Hakimiyyəti üzrə 6, Ucar Rayon İcra Hakimiyyəti üzrə 6, Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 5, Qaradağ Rayon İcra Hakimiyyəti üzrə 5, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 5, Yardımlı Rayon İcra Hakimiyyəti üzrə 5, Səbail Rayon İcra Hakimiyyəti üzrə 4, Ağdam Rayon İcra Hakimiyyəti üzrə 4, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə 4, Şəki Şəhər İcra Hakimiyyəti üzrə 4, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 3, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə 3, Tovuz Rayon İcra Hakimiyyəti üzrə 3, Bakı Şəhər İcra Hakimiyyəti üzrə 2, Nərimanov Rayon İcra Hakimiyyəti üzrə 2, Füzuli Rayon İcra Hakimiyyəti üzrə 2, İmişli Rayon İcra Hakimiyyəti üzrə 2, Cəlilabad Rayon İcra Hakimiyyəti üzrə 2, Qəbələ Rayon İcra Hakimiyyəti üzrə 2, Pirallahı Rayon İcra Hakimiyyəti üzrə 1, Yasamal Rayon İcra Hakimiyyəti üzrə 1, Kürdəmir Rayon İcra Hakimiyyəti üzrə 1, Oğuz Rayon İcra Hakimiyyəti üzrə 1, Qax Rayon İcra Hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 201 intizam tənbeh tədbirindən 182-si töhmət, 12-si dövlət qulluğundan azad edilmə, 3-ü ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub./Valyuta.az

7News.Az

RƏYLƏR