“Fulham” Premyer Liqaya qayıdır

OXUNUB: 672 Özəl İDMAN
7NEWS.az xəbər verir ki, İngiltərə çempionatının 43-cü həftəsində "Fulham" öz meydanında "Preston North End"i qəbul edib. "Craven Cottage”də oynanan qarşılaşmada ev sahibi komanda 9-cu və 31-ci dəqiqələrdə Mitrovic, 34-cü dəqiqədə isə Carvalho`nun qolları ilə 3:0 hesabı ilə qalib gələ bilib. Bu nəticə ilə xalını 86-ya yüksəldən "Fulham” 3-cü yerdən xal fərqini 13-ə yüksəldib və 3 həftə qalmış Premyer Liqaya yüksəlməyi təmin edib.

7NEWS.az

RƏYLƏR