Gədəbəydə karantin tələbləri kobud şəkildə pozuldu - FOTO

OXUNUB: 412 SOSİAL HADİSƏ

Gədəbəy rayonu, Xar-Xar kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Məstan Tapdıq oğluna məxsus "Turan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müvafiq portaldan "icaze.e-gov.az” rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin sıxlıq normalarının gözlənilmədiyi məlum olub.

 
 

 

Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

RƏYLƏR