“Gəncəbank”ın sabiq rəhbərinə hökm oxunub

OXUNUB: 509 HADİSƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində ləğv prosesində olan "Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova və bankın digər 3 vəzifəli şəxsi - Elnur Həmidov, Eşqin İsmayılov, Anar Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sonuncu keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.

Qeyd edək ki, P.Novruzovanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, küllü miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 195.2-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 313-cü (Vəzifə saxtakarlığı) və digər şəxslərin barəsində isə 313-cü və 308.2-ci maddələri ittiham irəli sürülüb.

Xatırladaq ki, 2016-cı ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Gəncəbank" ASC müflis elan edilib./report

RƏYLƏR