Gəncədə mülk üstə dava bədbəxt hadisə ilə nəticələnib.
Hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.
1963-cü il təvəllüdlü Cəfərov Əlixan Fikrət oğlu ailə münaqişəsi zamanı yaxınları tərəfindən yumruq zərbəsi alıb. 58 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.