Gəncədə su borusu partlayıb.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Su borusunun partlaması nəticəsində yolu su basıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.
Hadisə yerinə "Azərsu” ASC-nin əməkdaşları cəlb edilib, bərpa işlərinə başlanıb. (APA)