Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir - TƏHLİL

OXUNUB: 1928 İDMAN

Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusilə diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır.


7NEWS.az olaraq məsələ ilə bağlı Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanova müraciət etdik. F.Qurbanov gənclərin və uşaqların fiziki sağlamlığının qorunması üçün dövlətin bir çox strateji proqramlar qəbul etdiyini dedi: "Ümummilli Lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb. Müstəqil Azərbaycan gənclərinin 1996-cı ildə ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə "Gənclər siyasəti haqqında” Qanunun qəbulu Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur. Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər və idman siyasəti bu gün zamanın qaydalarına uyğun formada durmadan inkişaf edir.

Yaşadığımız dövrda Azərbaycan Prezidenti cənab İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramları uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir. Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkərəhbərliyinin siyasi,iqtisadi,humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir,cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafıntəmin olunmasında yaxındaniştirakedirlər.Prezident cənabİlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitarproseslərdəgöstərdiyi səylərinəzərə alaraq gəncləri yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir.

Ötən dövr ərzində gənclər siyasəti, gənclərlə iş sahəsində və idman sahəsində bir sıra mühüm nəticələr əldə olunmuşdur. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, Formula I Bakı Qran Pirisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində isə daha böyük vüsət almışdır. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi” Dövlət Proqramları uğurla həyata keçirilmiş və hal-hazırda "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı müvəffəqiyyətlə həyata keçirilir. Bakı şəhərində 48 ölkəni təmsil edən 3900-dən çox idmançı və texniki heyyətin iştirakı ilə XV "Avropa Gənclər Yay Olimpiya Festivalı” keçrilirmişdir".

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Bu sağlam nəsilin yetişməsi üçün dövlətimiz əlindən gələni edir. Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur. Vətənimizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır: "İdman siyasətinin düzgün müəyyən olunması nəticəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir.

 

Vətənimzdə idman sahəsində uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped İdmanı Federasiyası da yarandığı ilk gündən üzərinə düşən öhdəliklərin ciddi və məsuliyyətli olmasını anlayaraq işini günün tələbləri səviyyəsində qurub. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, federasiyanın gördüyü işlər, əldə etdiyi uğurlar və həyata keçirdiyi layihələr artıq öz bəhrəsini verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Velosiped İdmanı Federasiyasının üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulmuşdur. Bu məqsədlə federasiyamız yarandığı ilk gündən bü günə qədər hazırda pandemiya dövrü olmasına baxmayaraq qaydalara uyğun olaraq məşqlərin keçirilməsi, Azərbaycandan kənarda idmançıların təlim-məşqlərinin təşkil olunması və yarışlara göndərilməsində əlindən gələni edərək ölkəmizdə velosiped idmanı ilə məşğul olan məktəb və klubları dəstəkləyir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, hazırda çalışdığım Respublika Olimpiya Velosiped Məktəbində bir zamanlar məşqlərə qoşulan Elşin Əsədov, Azərbaycan idman tarixində ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazanmış azərbaycanlıdır.

Çox xoşbəxtəm ki, ölkə rəbəri cənab ilham Əliyev tərəfindən mütəlif illər üçün imzalanmış Azərbaycan Gəncliyi Dövlət Proqramlarında öz əksinin tapmış vətənpərvərlik sahəsi uyğun müvafiq bəndinin icrası məqsədilə bir qrup vətənini və xalqını sevən insanların təşəbüsü, ocümlədəm yaxından dəstəyi ilə 16 il öncə uzaqgörənliklə yaradılan layihələrindən olan (2005-2018) "Şahinlər" və "Gənc Heydərçilər" Hərbi-Vətənpərvərlik Düşərgələrində uşaq və yeniyetmələrin milli ruhda tərbiyə olunması və ilkin hərbi hazırlıqlara yiyələnməsi üzrə əlimdən gələni edərək, ürəkdən fəaliyyət göstərmişəm. Bu illər ərzində düşərgələrdə 6000 nəfərdən çox uşaq və yeniyetmə xidmət etmişdir. Düşərgəmizin şüarı olan "Biz istirahətdən çox Vətəni düşünürük" fikrinə əsaslanaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə uğurla həyata keçirilən 44 günlük Vətən Savaşı zamanı düşərgə əsgərlərimiz həm ön cəbhədə döyüşməklə bərabər, arxa cəbhədə də şəhid və yaralı hərbçilərin ailələrini tək buraxmadı, hər an onların yanında oldu. Düşmən hücümuna məruz qalmış mülki vətəndaşların ehtiyaclarını qarşılamaq istiqamətində dəstək olduq, eyni zamanda arxa cəbhədən sovqatların ön cəbhəyə göndərilməsində təşəbbüskarlıq və təşkilatçılıq etdik.”

 

7NEWS.az

Mənsur MustafayevMaterial Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

İstiqamətin kodu 6.3.19


 


RƏYLƏR