Gənclər təşkilatları Anım Günündə Fəxri və Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR

OXUNUB: 364 SOSİAL
Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarının və könüllü hərəkatlarının 1500-dən çox nümayəndəsi  Vətən Müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanını ziyarət ediblər.
Fəxri Xiyabanı ziyarət zamanı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin hüquqi-siyasi təməlinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu xüsusi olaraq vurğulandı, Müzəffər Ali Baş Komandanın ata vəsiyyətinə əməl edərək "Dəmir Yumruq” əməliyyatı nəticəsində düşməni kapitulyasiyaya məcbur etməsi ilə Ulu Öndərin ruhunun da şad olduğu bildirildi.  
Ziyarətə gəlmiş gənclər və Vətən Müharibəsi qaziləri tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyev və Qarabağla bağlı şüarlar səsləndirildi, cənab Prezidentin rəhbərliyi altında qazanılan qələbə qeyd edildi, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi hörmət və ehtiramla yad edildi.  
Ziyarətin davamında Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış Əbədi məşəlin önünə və şəhidlərin məzarlarına gül dəstələri qoyuldu.
 



 
 

RƏYLƏR