Gəncləri həbs etdirən kimdir: kitab mağazasında uşaq bezləri satılır - FOTOLAR

OXUNUB: 1754 GÜNDƏM SOSİAL HADİSƏ
Xəbər verdiyimiz kimi, kitab mağazalarından birindən 2 ədəd kitab oğurladığına görə, paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Gənclər mağaza rəhbərliyinin polisə müraciəti əsasında saxlanılıb.

Gənclərin 2 ədəd kitaba görə polis orqanları tərəfindən saxlanılması hazırda sosial mediada müzakirə olunan əsas manşet mövzulardan biridir. Sosial şəbəkə istifadəçiləri gəncləri müdafiə edərək, 2 ədəd kitab oğurluğuna görə onların saxlanılmasını qətiyyətlə pisləyirlər.

Azsiyasət.com saytı iki gəncin hansı mağazadan oğurluq etdiyini və mağazanın kimə məxsus olduğunu araşdırıb.

Məlum olub ki, söhbət paytaxtın Səbail rayonu ərazisində (Tarqovı” adlanan küçədə) yerləşən "Ali və Nino” kitab mağazasından gedir. Mağazanın rəhbəri isə cəmiyyətdə kifayət qədər tanınan Nigar Köçərlidir.

Məsələnin aktuallığını nəzərə alaraq, qısa araşdırmalarımız zamanı ortaya çıxdı ki, "Ali və Nino” kitab mağazalar şəbəkəsi uşaq bezlərinin, qadın donlarının, kosmetik məhsulların satışı ilə də məşğuldur.

RƏYLƏR