Gənclərlə işləyən əməkdaşlar üçün sosial mediadan səmərəli istifadəyə dair təlim kursu keçirilib

OXUNUB: 527 SOSİAL

22-23 iyul 2021-ci il tarixlərdə Gəncə şəhərində  Samux, Tovuz, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy rayonları, Gəncə, Mingeçevir və Yevlax şəhərlərinin Gənclər və İdman İdarələri, Gənclər Evlərinin əməkdaşları üçün "Sosial mediadan səmərli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib.

 

Təlim kursunda facebook, twitter, instagram, youtube və s. sosial şəbəkə platformalarında gəncləri maraqlındıran kontentlərin gücləndirilməsi, məlumatların daha asan və qısa formada gənclərə çatdırılması, təhlillərin aparılması, müxtəlif proqramlarında işləmək, datanın yaradılması və gündəlik işin elektronlaşdırılması, tədbirlərin sosial şəbəkələrdə düzgün kommunikasiyasının qurulması, səhifələrin düzgün tərtibatı, məsafədən idarəetmənin asanlaşdırılması və s. istiqamətlər üzrə əməkdaşlara təlimlər keçirilib. Təlimlərdə həm də nəzəri biliklərin praktikada tətbiqi öyrədilib, bilik və bacarıqlar təkmilləşdirilib.  

 

Təlimlər vasitəsilə zonlar üzrə bütün rayon və şəhərlərin Gənclər və İdman İdarələrinin və Gənclər Evlərinin əhatə edilməsi nəzərdə tutulub.

RƏYLƏR