Generalın oğlu Salyanda restoran açdı - Atasının doğulduğu kəndin adını qoydu

OXUNUB: 393 İQTİSADİYYAT SOSİAL
Dünən Salyan rayonu ərazisində "Yolüstü” adlı restoranın açılış mərasimi keçirilib.

Sözügedən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir.

Həmin restoran Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsusdur. Restoranın dünən baş tutan təmtəraqlı açılış mərasimində Ceyhun Həsənovun oğlu da iştirak edib. Qeyd edək ki, Ceyhun Həsənov Salyan rayonunun Yolüstü kəndində doğulub./Demokrat.az

RƏYLƏR