Güclü yağışın evini uçurduğu Cəlilabad sakini Mehriban Əliyevadan kömək istədi - FOTOLAR

OXUNUB: 94 SOSİAL HADİSƏ
Cəlilabad rayon Muğan kənd sakini Gülsuma Əlihüseynova illərdir qəzalı şəraitdə yaşadığı evinin bir neçə gün öncə yağan yağışlar nəticəsində uçduğunu bildirib.

Redaksiyamıza müraciət edən G.Əlihüseynova kömək üçün Birinci Vitse-prezident Mehriban xanım Əliyevayadan kömək istəyib. O, deyib ki, ona heç kim kömək etmir. Həyat yoldaşından ayrılandan sonra otuz ildən çoxdur ki, bu nimdaş komada yaşayır.

G.Əlihüseynovanın palçıqdan tikdiyi iki otaqlı evi artıq qəzalı vəziyyətə düşüb və evdə yaşamaq çox təhlükəlidir. Bir neçə gün öncə yağan yağış isə evin divarlarını uçurub. Hətta yağı suları evin içinə qədər dolub. Gözyaşlarına hakim ola bilməyən G.Əlihüseynova onun fəryadını Mehriban xanıma çatdırmamızı xahiş edib:

"İllərdir ki, evim qəzalı vəziyyətdədir. Özüm fəhləçiliklə ailəmi dolandırıram. Cəlilabadın keçmiş icra başçıları Əziz Əzizova və Namiq Zeynalova da problemimlə bağlı müraciət etdim, amma heç bir köməklik göstərmədirlər. Ona görə də artıq son ümid yerim Mehriban xanım Əliyevadır. Xahiş edirəm mənə köməklik eləsin. Yağan yağışlar nəticəsində evim uçub, otaqlar suyun içindədir. Hara, kimə müraciət edəcəyimi bilmirəm. Kimsəsiz qadınam, heç bir köməyim yoxdur. Xahiş edirəm mənə kömək edin”-deyərək G.Əlihüseynova ağlayaraq fəryad edib.

Ümid edirik ki, Cəlilabad rayon İcra Hakimiyyəti məsələdən agah olan kimi G.Əlihüseynovanın probleminin həlliylə maraqlanacaq./Teref.az





RƏYLƏR