Həkimlərdən oğurluq edən şəxs: "Oğurluqla əldə etdiyim pulla yaşayıram...."

OXUNUB: 460 Özəl SOSİAL HADİSƏ
7NEWS.az xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən hospitalların birində işləyən qadının çantasından kosmetik əşyalarını və bank kartını oğurlayaraq 1316 manat pulunu talayan şəxs müəyyən edilib. 

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan 32 yaşlı Elnur Fərzəliyev  saxlanılıb. O, ilkin dindirmə zamanı, oğurluğun onun vərdişi olduğunu, işləmək istəmədiyini, heç bir işlə maraqlanmadığını bildirib: "Özümdən asılı deyil. Oğurluqla əldə etdiyim pulla yaşayıram. Vərdişdir. İşləmək istəmirəm...".

Onun ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən digər bir hospitalda həkimlərdən birinin içərisində pulu, mobil telefonu və pulqabısı olan çantasını oğurlaması da məlum olub. Araşdırma aparılır.

RƏYLƏR