Hər kəs "Şirin Su"dan imtina edir: KİMYƏVİ QATQI, KOBUD RƏFTAR, VERGİ GİZLƏTMƏLƏRİ

OXUNUB: 388 Özəl GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə İctimai TV-nin əməkdaşı Fikrət Doluxanov sosial mediadakı paylaşımında belə deyib: "Upd.: Aşağıdakı paylaşımdan sonra "Şirin Su"dan  Javid Kuliev zəng edib, şirkət adından üzrxahlıq istədi. Bu cür yanaşmanın qəbulolunmazlığını etiraf etdi, problemin mexaniki səhv ucbatından yarandığını bildirdi. Hətta təzminat olaraq su təklif etdi və müştərilərini itirmək istəmədiklərini, bu məsələdə çox həssas olduqlarını qeyd etdi. Üzrxahlığı qəbul etdim, lakin şirkətin məhsullarından artıq istifadə etməyəcəyəm.
İbrət dərsi: müştərilərin məmnunluğunu və rəğbətini itirmək çox asandır. Xidmət sektorunda çalışan şirkətlər müştərilərlə ünsiyyətdə diqqətli olmalıdırlar, çünki onlara pulu da, reputasiyanı da qazandıran məhz adi insanlardır. Boş bir bidon buna dəyərmi? 

Şirin Sudan 2 il öncə içməli su sifariş etməyə başladıq. Sonuncu dəfə suda kimyəvi tamın olmasına görə imtina etmək qərarına gəldik. Sentyabrın 4-ü onlara narazılığımı bildirdim, bidonu qaytarıb, depoziti geri almaq istədiyimi dedim. Bu gün isə (iki həftə sonra) özünü şöbə müdiri kimi təqdim edən Elgün İbadov adlı (GetContact) əməkdaş su bidonunu götürmək üçün gəldi, lakin onun depozitsiz (!) olduğunu dedi. Depozitin məbləği ciddi bir şey deyil - 10 AZN, lakin situasiya mənə maraqlı gəldi. Əməkdaş Reyhan adlı operatora zəng edəndən sonra ortaya çıxdı ki, bidon depozitli imiş, amma depozitin məbləği 5 AZN-dir. Ona bunun səhv olduğunu deyəndə, əməkdaş əvvəl müqaviləni tələb etdi, sonra isə müqavilənin olmadığına görə məni günahkar çıxarmağa çalışdı. Şirkət tərəfindən mənə vaxtilə heç bir müqavilə barədə məlumat verilməyib. Bu cür yanaşmadan qıcıqlanıb operatora telefonla özümü təqdim etdim və bildirdim ki, 5-10 manata qalmamışam, bu hal barədə isə əlaqələrim və mövqeyim sayəsində maksimum geniş məlumat yayacağam.
Suallar:
1. Kuryerin müştərinin evində onu səhv çıxarmağa çalışması, kobud danışması (və payını alması) hansı daxili təlimatın nəticəsidir?
2. Bir bidonun aqibətini öncədən müəyyən etmək o qədər çətin işdirmi ki, kuryer, müştəri və operator bunun üçün 10 dəqiqə mübahisə aparmalıdırlar?
3. Müqavilə forması mövcuddursa və müştəridən tələb olunursa, o zaman niyə şirkət müştəriyə vaxtında müqavilə bağlamaq təklif etmir? Bir neçə tanış şəxsdən dəqiqləşdirdim - onlarda da heç bir müqavilə yoxdur.
4. Əlavə olaraq, müştərilərə ödəniş zamanı qəbz də verilmir.
5. Deməli, şirkət müqavilələr və qəbzlər əsasında hesablamalı olduğu gəliri gizlədir və ya daha aşağı göstərir ki, bu da, sözsüz, vergi ödənişlərinə təsir göstərir. Burada Dövlət Vergi Xidmətini işarələmək istəyirəm.
6. Şirkətin bu cür davranışını müştərilərə qarşı hiylə hesab edirəm və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin diqqətini məsələyə cəlb edirəm. Təbii ki, hər iki quruma birbaşa müraciət də edəcəyəm.
Bidonu qənimət kimi saxladım: 5-manatlıq şirkət onsuz da dolanar. Tanışlardan kiməsə təsərrüfatda lazımdırsa, hədiyyə edərəm.
Vaxtını ayırıb, yazını sona qədər oxuyanlara minnətdaram!" 

7NEWS.az

RƏYLƏR