İcma sədri: "Prezidentin çıxışı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına dair mesajdır"

OXUNUB: 671 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SİYASƏT
"Prezident İlham Əliyevin "Valday" forumunda qətiyyətli bəyanatı Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi". Bunu "Qarabağ Azərbaycandır!" adlı tədbirdə çıxışı zamanı Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, ölkə başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına dair mesajdır. "Bayrağımızı Şuşada, Xankəndində, Qarabağda dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik". T. Gəncəliyev bildirib ki, ermənilərə ikinci böyük zərbə Aşqabadda - MDB-nin Zirvə toplantısında vurulub: "Bütün bunların sayəsində Azərbaycanın haqq səsi bütün dünyanın diqqətinə çatdırıldı. Cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdırlar. Dağlıq Qarabağın erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir. Ölkə başçısının bəyanatı erməni icmasına da ünvanlanır ki, onlar yatdıqları yuxudan ayılsınlar, işğalçı rejimdən qurtulub, Azərbaycan ərazilərinin suverenliyi çərçivəsində bizimlə bir yerdə yaşamağın vacibliyini anlasınlar. Əks halda hər keçən gün onları daha da uçuruma aparır".

RƏYLƏR