İcra başçısının saxlanıldığı və 48 saatdan sonra buraxıldığı bildirilir...

OXUNUB: 304 SOSİAL HADİSƏ
Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması ilə bağlı sensasion məlumatlar yayılıb.
İcra başçısı Asif Ağayevin ötən həftənin 6-cı günü hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanıldığı, lakin 48 saat sonra buraxıldığı bildirilir.
İcra başçısının saxlanılmasına əsas səbəb isə mənimsəmə və ya israf etmə, təqsirkara etibar edilmiş özgə əmlakını küllü miqdarda təkirarən talama və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi göstərilir. 
Hazırda icra başçısının işdə, vəzifəsinin başında olduğu bildirilir. 
RealMedia.az alaraq icra başçısının hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb, saxlanılmamasını dəqiq deyə bilməsək də, lakin Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfinədn aparılmış araşdırmalar zamanı icra başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslərin əməllərində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını küllü miqdarda təkirarən talama və vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla törədilməsi cinayətlərinin tərkib əlamətlərini işarə edən kifayət qədər dəlillərin olmasını nəzərə alaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün materiallar Baş İdarənin İstintaq idarəsinə göndərilməsi faktını dəqiq deyə bilərik.
RelaMedia.az
 
7News.Az

RƏYLƏR