İcra Hakimiyyəti 2 milyonluq tenderi “10 manatlıq” şirkətə verib

OXUNUB: 750 Özəl GÜNDƏM İQTİSADİYYAT

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında "Mənzil-kommunal Təsərrüfatı İstehsalat Birliyi" Sumqayıt şəhərində küçə, prospekt və Şəhidlər xiyabanında abadlıq işlərinin satın alınması ilə bağlı elkan etdiyi tenderə yekun vurub.

"Ölkə.az”ın məlumatına görə, tenderin qalibi "Azərenerji Təchizat” MMC olub. Qalib şirkətlə 1 mln 982 min 802,82 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, "Azərenerji Təchizat” MMC 26.11.2019 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Qafurzadə Xəyal Səlim oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkət Sumqayıt şəhəri, məhəllə 49 ünvanında qeydiyyatdadır.

RƏYLƏR