İmkanlı şəxsin toyunda nələr baş verib? - Tezliklə kinoteatrlarda

OXUNUB: 67 SOSİAL

Məşhur aktyorların rol aldığı "5 Betər” filmi təqdimata hazırlaşır.

 

Axşam.az xəbər verir ki, Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Məcid Hüseynov və Dilarə Əliyeva pandemiya ilə əlaqədar yaranan uzun fasilədən sonra bu film üçün bir araya gəliblər.

İmkanlı şəxsin toyunda baş verənlərdən bəhs edən "5 Betər” filmi dekabrın 2-dən etibarən kinoteatrlarda yayımlanacaq.

Qeyd edək ki, "3İ Cinema”nın ərsəyə gətirdiyi "5 Betər” filminin baş prodüseri İslam Ağayev, ssenari müəllifi Fariz Əliyev, quruluşçu rejissoru isə Vüsal Hacıqədirdir.

RƏYLƏR