7NEWS.az xəbər verir ki, Çinin Hubey əyalətində Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə məxsus J-7 təyyarəsi təlim uçuşu həyata keçirərkən yaşayış məntəqəsinə çırpılıb. Qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Təyyarə qəzaya uğramazdan əvvəl paraşütlə tullanan pilot yüngül xəsarətlərlə xilas olub. Pilot və digər yaralılar xəstəxanaya yerləşdirilib. Təyyarənin düşdüyü ərazidə bir çox evə ziyan dəyib.
7NEWS.az