7NEWS.az xəbər verir ki, Florensiyanin məşhur Fortezza Da Basso qalereyasında 13-cü beynalxalq rəsm sərgisi start götürüb. Açılış mərasimində tanınmış incəsənət nümayəndələri və Florensiyanın rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə 40-dan artıq ölkənin 460 nümayəndəsinin 1000-ə yaxın əsərləri nümayiş olunur. Sərgi elə ilk gündən zövqləri oxşayan əsərlərlə ziyarətə gələnlərin diqqətini cəlb edib. Bu mötəbər incəsənət yarışmasında ölkəmizi Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov təmsil edib. AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sərgiyə qatılan gənc rəssamımız gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated Red" əsərini nümayiş etdirib. Fəlsəfi bir təxəyyülün məhsulu olan əsər hamı tərəfindən rəğbətlə qarşılanıb. Elaya media dəstək Neapol-Baki Assosiasiyası tərəfindən göstərilir. Tədbir oktyabrın 31-də başa çatacaq. Oktyabrın 28-dən isə Elay Məmmədovun daha bir rəsmi Torino beynəlxalq sərgisində nümayiş olunacaq.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
24.04.2024, 18:05 / Özəl, SOSİAL -
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
24.04.2024, 16:42 / Özəl, SOSİAL -
ABŞ nümayəndələri “ASAN xidmət”də
24.04.2024, 13:35 / Özəl, SOSİAL -
Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH
24.04.2024, 13:26 / SOSİAL -
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
24.04.2024, 10:24 / Özəl, SOSİAL -
Xankəndidə ilk körpə dünyaya gəlib
23.04.2024, 18:04 / SOSİAL -
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
23.04.2024, 17:37 / Özəl, QHT, SOSİAL