Dieqo Armando Maradona-nın 2020-ci ilin noyabrında ölümü ilə əlaqədar səkkiz tibb işçisi ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
7NEWS.az xəbər verir ki, Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradonanın ölümü ilə bağlı səhlənkarlığa görə səkkiz tibb işçisi məhkəmə qarşısına çıxarılacaq. 2020-ci ilin noyabrında infarktdan vəfat edən Maradonanın ölümündən sonra Argentinada ona qulluq edən həkimlər və tibb bacıları ilə bağlı araşdırma başladılıb.
7NEWS.az