Medianın İnkişafı Agentliyində 27 sentyabr- Anım Günü ilə əlaqədar tədbir keçirilib

OXUNUB: 374 index-manşet
Saat 12:00-da MEDİA Agentliyinin kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 44 günlük müharibə Azərbaycan xalqı ilə Prezident, Müzəffər Ali Baş Komandan birliyinin bariz nümunəsi idi. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. 

Digər çıxış edənlər əzəli torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

RƏYLƏR