Mingəçevirdə şəhidlərin xatirəsi kütləvi ağacəkmə ilə anıldı - FOTOLAR

OXUNUB: 88 SOSİAL
7NEWS.az xəbər verir ki, 27 sentyabr tarixi yaxınlaşdıqca respublikamızın hər yerində, hər bölgəsində, hər şəhərində insanlarımızın ikinci Qarabağ müharibəsində bizə qələbə sevincini canları bahasına daddıran şəhidlərimizin əziz xatirələrinin anılması üçün hazırlıqların getdiyi hiss olunur. Bu müharibə, müstəqillik tariximizin ikinci müharibəsi, qələbə qazandığımız ilk müharibə kimi yaddaşlarımıza həkk olundu. Bəlkə də, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğını ilə başlamış və 100 ildir davam edən müharibənin son savaşı idi.
Hər halda, 27 sentyabr tarixi yaxınlaşdıqca insanlarımızın qarışıq duyğularla buxovlanması, bir üzlərinin kədər, digərinin isə sevinclə qaplanmasını duymamaq mümkün deyil. Müharibə istisnasız olaraq hər bir vətəndaşımızın həyatında iz buraxdı, hər bir vətəndaşımız qələbə üçün nədənsə imtina etdi, nəyisə, vəya kimisə qurban verdi.
 Prezidentimiz cənab İlham Əliyevin Anım Gününün təsis edilməsinə dair sərəncamının girriş hissəsində "Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir” ifadəsi qələbəmizin əsil mahiyyətini ən doğru şəkildə ifadə edir. Xalq bir yumruq kimi birləşdi və düşmənə sarsıdıcı zərbə endirildi.
Birbaşa cəbhə xəttində yerləşməsə də müharibə günlərinin bütün həyacanını, ağrı və acılarını, sevinc və kədərini daha dərindən duyan şəhərlərimizdən biri də Mingəçevir oldu. Mingəçevir ərazisi, ordumuzun zəfər yürüşü qarşısında aciz qalaraq təxribatlara əl atan düşmənin hədəfinə çevrilmişdi o günlərdə.  Azərbaycanın elektrik enerjisinin 60 faizini təmin edən Mİngəçevir savaş günlərində dəfələrlə düşmən raketlərinin yön aldığı istiqamət oldu. 
Cəbhəyə yollanan yüzlərlə mingəçevirli qəhrəmanımızdan 50 nəfəri şəhid kimi qayıtdi doğma torpağına. İndi onlar, Şəhidlər Xiyabanında şəhər sakinlərinin əbədi ziyarət yerində uyuyurlar. Mingəçevirin demək olar hər küçəsi, hər döngəsi şəhid bulaqları, xatirə lövhələrində əks olunmuş qəhrəmanlarımızın nurlu simaları ilə bəzənibdir. Şəhidlərimiz sanki dinc yaşayışımızın təminatçısı kimi başımızın üstündə uçan sülh mələkləri kimi əbədi həyata qovuşublar.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz və bütün şəhidlərimizin anılması Mingəçevirdə özünəməxsus formada həyata keçirilir və bununla bağlı silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən ən yadda qalanı isə şəhidlərimizin xatirəsi üçün kütləvi ağacəkmə kampaniyasının keçirilməsidir.
Şəhər İcra Hakimiyyətindən verilmiş rəsmi məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Mingəçevirdə Anım Gününün keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunmuş və bu plana əsasən senyabrın 25-də şəhər ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsinə kütləvi ağacəkmə kampaniyası keçirilmişdir. Həmin gün şəhərin Ə.Vahid, Nərimanov, İ.Qayıbov, H.Əliyev, F.Əzimov və Natəvan küçələrində ümumilikdə 600 ədəd sərv, şam, akasiya, göyrüş və iydə ağacları əkilmişdir. 
Kampaniyanın izləyicisi kimi diqqətimizi çəkən əsas məqam kimi ağacların əsasən şəhid bulaqları və xatirə lövhələrinin ətrafında əkilməsi, şəhər rəhbəri İlham İsmayılovun bu tədbirdə şəhid ailələrinin üzvləri ilə birlikdə iştirak etməsi oldu.
Şəhid Məhəmməd Məmmədlinin anası Mehriban xanımın İcra başçısı ilə birlikdə körpə fidanı basdırıb suladıqdan sonra hisslərinə hakim ola bilməyib göz yaşlarına qərq olması, şəhid Tağıyev Pərvizin atası Hafiz kişinin gözünün ağı-qarası olan oğlunun itikisinin ağrısını hiss etdirmədən şəhər rəhbəri qarşısında qürurlu duruşu, "Aprel”  şəhidimiz Rahim Tağıyevin həyat yoldaşı Vüsalə xanımın qeyri-iradi İlham İsmayılova yaxınlaşıb qələbə sevincinini bölüşməsi sözlə ifadəsi mükün olmayan qürurverici bir mənzərəni göz qarşısında canlandırırdı. Şəhid Abbasov Elcanın anası Ulduz xanımın oğlunun döyüş yoldaşlarını, qəhrəman qazilərimizi yaşadıqları binalarının qarşısında ağac əkdiyini seyr etməsi ona sanki bir anlıq oğlunun itkisini unutdurur, Elcanın əsgər yoldaşları arasında olduğu təəssüratını yaradırdı.
Mingəçevirdə yaşıllıqların qorunması, ildən ilə artırırlaması, suvarılması sanki hər bir sakinin genetik koduna işlənmiş gizli şifrəyə həkk olunmuşdur. İstisnasız olaraq hər bir mingəçevirli üçün yaşallıqların qorunub saxlanması onlar üçün həyati vacib əhəmiyyət daşıdığını desək yanılmarıq. Ağacəkmə kampaniyaları bu şəhərin tarixi ənənəsidir və bu ənənənin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün davam etdirilməsi heç şübhəsiz mütərəqqi addımdır.
 Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
 

RƏYLƏR