Misirin Giza şəhərindəki Əbu Sifin kilsəsində elektrik cərəyanında yanğın baş verib. Yanğın zamanı azı 41 nəfər həlak olub.
7NEWS.az xəbər verir ki, İmbaba rayonundakı kilsədə ibadət üçün 5 min insan toplaşıb. Bu ibadət zamanı izdiham yaranıb və elektrik yanması baş verib. Səhiyyə Nazirliyinin sözçüsü Husam Abdulqaffar bildirib ki, hadisə yerinə 30 təcili yardım maşını göndərilib.
7NEWS.az