Müdafiə Nazirliyi və “İrəli” İctimai Birliyi kitab toplama aksiyasına davam edir

OXUNUB: 1536 GÜNDƏM QHT
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi "İrəli” İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində "Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına davam edir.

"İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən *7news.az*-a bildirilib ki, aksiya çərçivəsində elmi, bədii, publisistik və digər janrlarda kitablar toplanacaq.

 Toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Birlik bütün gəncləri, təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl sektor və media nümayəndələrini aksiyada fəal iştirak etməyə çağırır.

Qeyd edək ki, kitab hədiyyə etmək istəyən şəxslər Bakı şəhəri üzrə "İrəli” İctimai Birliyinin ofisinə, regionlar üzrə isə Heydər Əliyev Mərkəzlərində yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinə yaxınlaşa bilərlər.

Əlaqə nömrəsi: +994 (70) 436 20 37 (Arif Rəhimov, "İrəli” İB-in əməkdaşı)
 
7News.Az

RƏYLƏR