"Muxtar Babayev başda olmaqla bütün rəhbər heyət həbsə atılmalıdır" - VƏKİLDƏN ŞOK AÇIQLAMA

OXUNUB: 392 Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aslan İsmayılov məlumat verib: "Son günlər Bakıda yaşıllığın soyqırımı ilə bağlı paylaşdığım, görüb paylaşmaq imkanım olmayan faktlara baxdıqca inanın ki, dəhşətə gəlirəm. Bir qrup acgöz, şərəf, ləyaqət nə olduğunu bilməyən bir dəstə ölkəyə və burada yaşayan insanlara düşmən kəsilibdir. İnanmıram ki, düşmənlərimiz bizə bunlardan çox zərər vurublar. 

13 mayda ilk dəfə "Şamaxinka" deyilən yerdə tikintini (bit.ly/3vRM3dn) görüb paylaşanda ancaq birinci mərtəbə var idi. O vaxtdan bu barədə 6 paylaşım etmişəm və hazırda 6-cı mərtəbə tikilir. Görünür tikintini aparan işbazdan alınan 2 milyon 500 min çox yerlərə çatıb. Çox demirəm, normal cəmiyyət olsa səhifələrimdə ancaq son ay paylaşdıqlarıma görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tam tərkibdə həbsə atılardı."
7NEWS.az

RƏYLƏR