Naxçıvan idmançısı Sadiq Kərimov dünya kubokunun qalibi olub - FOTOLAR

OXUNUB: 2762 İDMAN
İyunun 29-da Ukraynanın Nikolayevski bölgəsində yeniyetmələr, gənclər və böyüklər arasında Universal Döyüş üzrə Dünya Kubokuna start verilib. 28 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı Əməkdar məşqçi Elşən İsmayılovun rəhbərliyi ilə 24 idmançı təmsil edib. Yığma komandanın heyətində dünya kubokuna qatılan  təmsilçilərimizdən biri də Naxçıvan Kikboksinq Federasiyasının və "Turan” döyüş klubunun idmançısı Sadiq Kərimov olub. O, 11-12 yaş kateqoriyasında 42 kq üzrə mübarizə aparıb.

Əvvəlcə "Light” versiyasında 3 görüş keçirən Sadiq bütün rəqiblərini -  Polşa, Özbəkistan və Ukrayna idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Classic” versiyasında isə finaladək məğlubiyyətsiz irəliləyən təmsilçimiz həlledici döyüşü xal hesabı ilə uduzub. Beləliklə, yeniyetmə idmançımız dünya kubokunu 1 qızıl və 1 gümüş medalla tamamlayıb.
Qeyd edək ki, Sadiq Kərimov kikboksinq üzrə Azərbaycan üçüncüsü və Pankration, Qrepplinq üzrə açıq Bakı çempionatlarının qalibidir. 

İdmaçımızı təbrik edir, karyerasının növbəti sınaqlarında da uğurlar arzu edirik! 

7NEWS.azİyunun 29-da Ukraynanın Nikolayevski bölgəsində yeniyetmələr, gənclər və böyüklər arasında Universal Döyüş üzrə Dünya Kubokuna start verilib. 28 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı Əməkdar məşqçi Elşən İsmayılovun rəhbərliyi ilə 24 idmançı təmsil edib. Yığma komandanın heyətində dünya kubokuna qatılan  təmsilçilərimizdən biri də Naxçıvan Kikboksinq Federasiyasının və "Turan” döyüş klubunun idmançısı Sadiq Kərimov olub. O, 11-12 yaş kateqoriyasında 42 kq üzrə mübarizə aparıb.
Əvvəlcə "Light” versiyasında 3 görüş keçirən Sadiq bütün rəqiblərini -  Polşa, Özbəkistan və Ukrayna idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Classic” versiyasında isə finaladək məğlubiyyətsiz irəliləyən təmsilçimiz həlledici döyüşü xal hesabı ilə uduzub. Beləliklə, yeniyetmə idmançımız dünya kubokunu 1 qızıl və 1 gümüş medalla tamamlayıb.
Qeyd edək ki, Sadiq Kərimov kikboksinq üzrə Azərbaycan üçüncüsü və Pankration, Qrepplinq üzrə açıq Bakı çempionatlarının qalibidir. 

İdmaçımızı təbrik edir, karyerasının növbəti sınaqlarında da uğurlar arzu edirik! 
Нет описания.
Нет описания.

RƏYLƏR