"Neptun Supermarket Şəbəkəsindən” bir İLK: 2 DƏQİQƏ ƏRZİNDƏ TAM PULSUZ ALIŞ-VERİŞ ET! (ŞƏRTLƏR+VİDEO)

OXUNUB: 251 Özəl GÜNDƏM İQTİSADİYYAT

 

19 ildir uğurla fəaliyyət göstərən "Neptun Supermarketlər Şəbəkəsi” bu dəfə daha fərqli, innovativ və fantastik kampaniya ilə fərqlənməyi bacarıb. Belə ki, "Neptun Supermarketlər Şəbəkəsi” Sizə 2 dəqiqəlik pulsuz alış-veriş şansı qazandıracaq! Bəli, düz oxudunuz, kampaniyaya düşən hər kəs 2 dəqiqə ərzində marketdən nə mümkündürsə götürə biləcək.

Kampaniyamızın şərtləri:

25 oktyabr - 28 noyabr tarixlərində "Neptun bonus kart”la bir dəfəyə 50 AZN üzəri alış-veriş et və kampaniyada iştirak hüququ qazan. Daha çox alış-veriş Sizə daha çox şans qazandıracaq.

Hər həftənin çərşənbə axşamı, həftə içində bir dəfəyə 50 AZN üzəri alış-veriş edən müştərilər siyahıya alınacaq və 10 şanslı qalib Neptun Supermarketin rəsmi "İnstagram” hesabında canlı yayımda təsadüfi seçim yolu ilə təyin olunacaq.

Qalib olun, Neptun Supermarketdən cümə günü 2 dəqiqə ərzində tam pulsuz alış-veriş edin!

Məlumat üçün qeyd edək ki, qaliblər həftəlik seçiləcək.

Xüsusi qeyd: Spirtli içkilər və tütün məhsulları bu kampaniyaya aid deyil. Hər məhsuldan bir ədəd və ya 1 kq götürülə bilər. Ən əsası, bu 2 dəqiqə ərzində Sizə səbət (market arabası) verilməyəcəkdir.

Bu fürsəti qaçırmayın.

Daha ətraflı məlumatı 162 qaynar xəttindən və ya neptun.az saytından əldə edə bilərsiniz.

Neptun Supermarket-19 il Sizinlə

RƏYLƏR