Norveç Rusiyada bir komandaya transfer olunan futbolçunu millidən uzaqlaşdırıb

OXUNUB: 1465 Özəl DÜNYA İDMAN
Norveç Futbol Federasiyası Rusiyada bir komandaya transfer olunan yarımmüdafiəçi Matias Normanı millidən uzaqlaşdırıb.

7NEWS.az xəbər verir ki, əvvəllər Rusiyanın "Rostov” komandasında çıxış edən, sonra isə ötən mövsümü İngiltərənin "Norviç” komandasında keçirən Norman nəhayət, Moskva "Dinamo” ilə anlaşıb. Norveç Futbol Federasiyasının prezidenti Lise Klaveness millinin baş məşqçisi Stale Solbakkenlə birlikdə Rusiyada yeni komandaya imza atan Normanı milli komandadan uzaqlaşdırmaq qərarına gəldiyini bildirib.

7NEWS.az

RƏYLƏR