Paşinyan Avropa Məhkəməsində Ermənistanı udub

OXUNUB: 147 DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan dövlətinə qarşı 2010-cu ildə qaldırdığı məhkəmə iddiası təmin edilib.

İcmal.Az-ın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2008-ci il prezident seçkilərindən sonra Paşinyanın hüquqlarının pozulması barədə qərar çıxarıb.
AİHM həmin hadisələr zamanı Paşinyanın hüquqlarının 2 maddə üzrə pozulması barədə qərar verib.

Məhkəmə iddiasında kompensasiya tələbi olmadığı üçün Paşinyana ödəniş edilməyəcək.
 
İcmal.Az

RƏYLƏR