Prezidentdən Şuşanın idarə edilməsi ilə bağlı FƏRMAN

OXUNUB: 543 index-manşet SİYASƏT

Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunu təsdiqləyib

Qanuna əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.

Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən idarə edilir.

 

Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edir.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən mühafizə zonasının sərhədləri müəyyən edilir.

Dövlət başçısının imzaladığı fərmana əsasən, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılır.

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu 1 000 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

İdarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi İdarənin sərəncamında qalır. İdarənin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir

RƏYLƏR