Qalapaqos adalarında turist gəmisi batıb

OXUNUB: 303 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, dünən gecə Cənubi Amerika ölkəsi Ekvadorun Qalapaqos adaları yaxınlığında Isla İzabella və Santa Kruz adaları arasında üzən turist gəmisi batıb. Səlahiyyətlilərdən verilən açıqlamada qayığın batması nəticəsində 2-si Ekvador, biri Kolumbiya, digəri isə ABŞ-İsrail vətəndaşı olmaqla 4 nəfərin həyatını itirdiyi, 2 turistin də itkin düşdüyü bildirilir. Hadisə zamanı 31 turistin xilas edildiyi, yaralıların xəstəxanaya aparıldığı bildirilib.

7NEWS.az

RƏYLƏR