Qənirə Paşayeva “Texnofest"də “Hər uşaq bir çinardır” layihəsinin təqdimat mərasimində çıxış edib

OXUNUB: 718 MƏDƏNİYYƏT SOSİAL
7NEWS.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva 28 may - Müstəqillik Günü ərəfəsində, "Teknofest" çərçivəsində, həmçinin Türkiyə və Azərbaycanın müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı çərçivəsində qardaş ölkələrimizin ortaq tarixi, mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni bağların əsasını təşkil edən milli-mənəvi dəyərlərin gənc nəsillərə çatdırılması məqsədilə layihə həyata keçirilməsini çox önəmli hadisə adlandırıb. Layihənin 
"Hər uşaq bir çinardır!” adlandılmasını çox məntiqli sayan Komitə sədri, hazırlanan nəşrlərin məzmununu, haqqında yazılan şəxsiyyətlərin sərrast seçimini təqdir edib: "Tədbirdə dövlət rəsmiləri, elm adamları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, şəhid övladları və orta məktəb şagirdlərini görmək çox xoşdur. 
Belə layihələr, tanıdıcı tədbirlər gənclərin toplumun gələcəyinin qurulmasında yer alması baxımından önəm daşıyır. Ümummilli lider Heydər Əliyev deyirdi, gələcək bu gün gənclərə nəyi necə öyrətməyimizdən çox asılıdır. Bəli, artıq vurğulandığı kimi, gənc nəsillərinin könlündə vətən, millət sevgisi olan toplumların uğuru qaçınılmazdır. Gələcəyimizin sahibi olacaq uşaqlara bu həyatda sadəcə özləri üçün deyil, yaşadıqları toplum və insanlıq üçün faydalı işlər görməsi ən böyük tövsiyyəmiz olardı. Uşaqlarımızın amalları dövlət, vətən, millət olmalıdır və bunun üçün hər zaman oxumaq, öyrənmək vacibdir.
"Hər uşaq bir çinardır!” adlı layihə çərçivəsində 11 adda yolgöstərən, cığıraçan örnək elm adamının həyat və fəaliyyətini anladan nəfis kitab dəstinin uşaqlarımıza ən gözəl bayram hədiyyəsi olduğunu düşünürəm. 
Düşürəm ki, bu gün burada özünü və əsərlərini  gördüyünüz Səlcuk Bayraktarın, digər böyüklərinizin həyat və yaradıcılığından ilham alacaq, özünüz də yeni uğurlara imza atacaqsınız.
Bir daha, hər birinizi Müstəqillik Günü münasibəti ilə təbrik edir, 
bu bayramın qardaş ölkələrimizin hər bir vətəndaşı üçün əziz olduğuna inamımı bölüşür, təqdimatına yığışdığımız kitabların hazırlanmasında əməyi kecən bər kəsə, dəstəkçi qurumlarımıza təşəkkürlərimi yetirirəm!
Var olun"!

"Texnofest" çərçivəsində gerçəkləşən
"Hər uşaq bir çinardır!” layihəsinin təqdimat mərasimində istirak edən Q.Pasayeva qardaş ölkənin mötəbər dövlət və qeyri hökumət qurumlarının rəhbərləri ilə, o cumlədən YTB basqanı Abdulla Eren, Sənaye və Texnologiya Nazirinin müavini Mehmet Fatih Kaçır və "Baykar Savunmu" texniki müdiri Səlcuk Bayraktarla görüşüb və fikir mübadiləsi aparılıb.

Arzu edənlər bu linkdən izləyə bilər:
 
Açıklama yok.
Açıklama yok.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

RƏYLƏR